YAZIQ
Bağban zəhmət çəkib bağ becərərsə,
Xəzanda gülləri solanda yazıq. Arzusu, istəyi tam olmayanda, İntizar gözləri dolanda yazıq. Bu bəxtə, qismətə daha nə demək, Olmur hər acını rahatca yemək. Min bir əziyyətlə çəkdiyi əmək Yaramaz alçağa qalanda yazıq. Tale həsrət qoyub dövlətə-vara, Heç kimi vədəsiz çəkməsin gora. Əvvəl zirvələrə qaldırıb, sora Dözülməz dərdlərə salanda yazıq. Kişinin yığvalı tərsinə çönüb, Ümid qığılcımı parlayıb sönüb, Həyat gözlərində zülmətə dönüb, Ömrü sellərə pay olanda yazıq. Beləmi qurulub dünya təməli? Sadəlövh adama deyirlər dəli. Təmənnasız edib xeyir əməli, Əvəzində qəhər alanda yazıq. Adamın tükənib həvəsi canda, Məhv olub qurduğu xəyal bir anda. Əflatun bu işi görüb duyanda, Dərin dəryalara dalanda yazıq. |