NƏYƏ GƏRƏKDİR?
Ağıl-kamal dürüst olmasa əgər,
Üzün gözəlliyi nəyə gərəkdir? Bir məna ifadə etmirsə əgər, Sözün gözəlliyi nəyə gərəkdir? Xeyirxahlıq başdan sovuşacaqsa, Əməllər bəd işlə yovuşacaqsa, Gedib əyri yola qovuşacaqsa, İzin gözəlliyi nəyə gərəkdir? Əflatun, sızqa çay sel oynadırsa, Gədələr meydanda əl oynadırsa, Şeytanlar ağızda dil oynadırsa, Düzün gözəlliyi nəyə gərəkdir? |
Qelemin susmasın
___________________________Salamlar