NECƏ GÖZƏLDİ
Üzdə təbəssümün, gülən gözlərin,
O şirin baxışın necə gözəldi. Qüdrət qələmini çəkib Yaradan, Su kimi axışın necə gözəldi. Zülfün dal gərdəni bürüyüb tamam, Vəsfində acizəm, sözümdə xamam. Tərifin yazmağa sönük ilhamam, İlahi naxışın necə gözəldi. Vücudun nurdandır, yoxdur bir ayıb, Əflatun mələyə səni tay sayıb. Sevən könüllərdə qəfil parlayıb, Şimşək tək çaxışın necə gözəldi. |