HARAY TÜRKÜM!
Zaman-zaman gözünə kül ələdilər,
Qundaq kimi ehtiyatla bələdilər. Lay-lay çaldı yadlar sənə, Azərbaycan, Bu yuxuda yatdın yenə, Azərbaycan. Əldən getdi qoca Dərbənd, dinəmmədin, Verən verdi Borçalını, yenəmmədin. Loru, Pəmbək, Zəngəzurun de, hardadı? Naxçıvanın ayrı düşüb, o, dardadı. Zalım Araz bədənini şaqqaladı, Yağı düşmən Qarabağda od qaladı. Aman çəkmə, daha aman yeri deyil, Şərəfsizə indi güman yeri deyil. Dön geriyə, o şərəfli atana bax, Bu vətəni çox ucuza satana bax. Türk dinəndə bir zamanlar yer oynardı, Damarlarda isti qanlar qaynayardı. Dur ayağa, özünə dön qoca Türküm, Şərəfiylə, şöhrətiylə uca Türküm. Səndə Babək, Cavanşirin qeyrəti var, Atillanın, Mətə xanın qüdrəti var. Bir haray çək, harayına oyansınlar, Mərd oğullar hüzurunda dayansınlar. Yoxdur daha səbrə macal, haray Türküm! Dur yağıdan qanlı öc al, haray Türküm! Yaran dərin qövr eyləyir öz içində, Qovrulursan korun-korun köz içində. Sənə bir şey edəmməzdi qorxaq " yan"lar, Arxasında durmasaydı " con ", " ivan"lar. O " con"ların ürəyində yanğısı var. O "ivan"ın gecəsi tar, gündüzü tar. Sənə səndən özgə dostun, sirdaşın yox, Türk oğlusan, türkdən özgə qardaşın yox! Dur ayağa, bir haray çək, aman Türküm, Qoy dayansın harayına zaman, Türküm! Qaytar geri əldən gedən torpaqları, Məhv olmasın o torpağın sərvət-varı. Min illərdir türk yağıya baş əymədi, Aman! - deyən düşməninə o, dəymədi. Avropanın mərkəzində meydan açdı, Qoca Şərqə gül qoxulu ətir saçdı. Namərdliklə hiylə toru qurub indi, Sərvətini talan edən yüzdü, mindi. İştahası çox böyüyüb o yadların, Qoyma daha alışmasın bu odların. Ov burnunu sənə əyri baxanların, Əy qəddini səni oda yaxanların. İndiyədək neçə igid şəhid oldu, Şəhid yolu vətən üçün gedən yoldu. Şərəflidir şəhidlərin damla qanı, Onlar verdi bu torpaqda şirin canı. And yerimiz qoy onların qanı olsun, Hayqırtına yağıların rəngi solsun. Bir haray çək, harayına oyansınlar, Mərd oğullar qoy yanında dayansınlar. Yoxdur daha səbrə macal, haray Türküm! Dur yağıdan qanlı öc al, haray Türküm! Haray Türküm! ! I |