OLARMI?
Şair dostum Allahverdi Kərimoğlu Suleymanov
bir şerimə rəy yazarkən "Vətən dərdini unutmaq olmur " dedi. Bu şer o sözlərin təsirindən yarandı. Kərimoğlu, vətən dərdi çətindi, Bu yaranı heç unutmaq olarmı? Vətənsizə o dünya da dar gələr, Axirətdə rahat yatmaq olarmı? Günahkarlar qoy çəksinlər əzabı, Yazıq millət gətirməyir ta tabı. Özümüzdə bu baltanın hər sapı, Cinayəti başdan atmaq olarmı? Pərən-pərən düşdü bütün elimiz, Bir-birindən qara gəldi ilimiz. Hey söyləyir " ana vətən " dilimiz, Ananı da yada satmaq olarmı? Bu yaranı kim yetirdi, bilirəm, Hissə-hissə kim ötürdü, bilirəm, Kim qazandı, kim itirdi, bilirəm, Sərt günaha belə batmaq olarmı? Ələ alıb intiqamın daşını, Bir gün zaman tökdürəcək yaşını. Un yerinə insanların başını, Xəmir kimi, axı qatmaq olarmı? Əflatunam, yox kimsəyə bir ərkim, Tanrı olsun yaramıza qoy həkim. Dünya bilir, səbəbkarı kimdi, kim, Məlum şeyi gizli tutmaq olarmı? |
Yüreğine kalemine sağlık
____________________________________Selamlar