ƏLDƏN GEDƏN GERİ GƏLƏRMİ? GƏLMƏZ!
Vaxtında bilmədik qədir-qiymətin,
Unutduq minnətin, atdıq hörmətin, İndi həsrətini çəkmək də çətin. Vətən yad əllərdə, daha üz gülməz, Əldən gedən geri gələrmi? Gəlməz! Yağıya, yadlara torpaq " pay " oldu, Millətin qüruru yaman zay oldu, Qazancımız döndü ahu-vay oldu. Axan göz yaşını dəsmal da silməz, Əldən gedən geri gələrmi? Gəlməz! Çöllərdə qərq olan ellər mənimdi, Başımda dolanan duman-çənimdi, Torpaq alverinə vətən qənimdi. Satqınlar vətənin qədrini bilməz, Əldən gedən geri gələrmi? Gəlməz! Yurdun o sahibsiz cığırı-izi, Hələ çox yandırıb-yaxacaq bizi, Nalədi, haraydı dilimin sözü. Kəlməm bağrı daşın qəlbini dəlməz, Əldən gedən geri gələrmi? Gəlməz! |
Beğeniyle okudum usta
Yüreğine kalemine sağlık
__________________________Selamlar