CADU VAR
Baxışıyla oda salır adamı,
Bu gözəlin gözlərində cadu var. Danışanda sehrləyir hər kəsi, Möcüzədi, sözlərində cadu var. Bəşər deyil, mələklərə taydı, tay, Qaşı kaman, kirpikləri sanki yay. Yanağının biri günəş, biri ay, Göydən enib, üzlərində cadu var. Tovuz kimi şux bəzənib yan gəlir, Baş açmıram, bu insandır ya nədir? Yeriyəndə ürəkləri titrədir, Elə bil ki izlərində cadu var. Bənzəri var həm çiçəyə, həm gülə, Əflatunu o salacaq gur selə. Ay Allahım, xətasından hifz elə, Nazına bax, nazlarında cadu var. |
Yüreğine emeğine sağlık
_______________________________Selamlar