Niyə tabut içindəyəm
Gözüm görür, ürək vurur,
Demək hələ ölməmişəm , Kəfənə bürünməmişəm, Niyə tabut içindəyəm? Nə mətləbdir çözəmmədim, Bir nizama düzəmmədim, Bu nə sirdir ,biləmmədim, Niyə tabut içindəyəm? Bu gerçəkmi, ya bir yuxu? Keçsə də ömrümün çoxu, Candan çıxmayıbsa ruhum, Niyə tabut içindəyəm? Bura dardır, pisdir halım, Yetin, məni burdan alın, Mənimsə var bir sualım- Niyə tabut içindəyəm? Kimindir məkrli oyun, Kimindir bu kirli oyun, Qurtarmadı sirli oyun Niyə tabut içindəyəm? Fərid Muradzadə |
Anlamı,anlatımı etkileyici harika bir çalışma,
sizi ve değerli kaleminizi
can-ı gönülden kutluyorum,saygılar.