DANIŞAQ
Çox danışdıq toy-düyündən,
Bir az da vaydan danışaq. Keçmişləri anıb bir-bir, Bəd keçən saydan danışaq. Təbrizimdə böyük yaram, Sağ qalıbdır axı haram? Bu vətəndir, param-param, O tay, bu taydan danışaq. Pəmbək, Loru çoxdan əsir, Zəngəzurum olub yesir. Rəvanımda gizlidir sir, Məkrli " hay"dan danışaq. Günləri say qoşa-qoşa, Sayı gəlməz heç də başa. Qan ağlayır hələ Şuşa, Biz hansı aydan danışaq? Borçalımın gözü ağlar, Əflatunun sözü ağlar, Azərbaycan özü ağlar, Gərək " day-day"dan danışaq. |
(♥_♥)KALEMİNİZDEN ŞİİR(♥_♥)
(♥_♥)YÜREĞİNİZDEN SEVGİ EKSİK OLMASIN(♥_♥)
ۣ๘۩ஜॐNİCE GÜZEL ŞİİRLERE VE GÜNLEREۣ๘۩ஜॐ
ۣ๘۩ஜॐSAYGILAR SEVGİLERۣ๘۩ஜॐ