MÜNACAT
Sən verdin ilhamı, sən verdin təbi,
Sənsən iman yerim, din yerim Allah. Oxudum eşq adlı həyat məktəbi, İndi qoy barımı mən verim Allah. Nə yazdım, yazdığım sənin diqtəndir, Sənsiz bir kəlməni qoya bilməzdim. Misramın hər sonu sənin nöqtəndir, Sənin istəyindən doya bilməzdim. Kim necə anlayar, o öz işidir, Könlümdən keçəni varağa tökdüm. Bu, sənət işidir, bu, söz işidir, Söz ilə gecələr bağrımı deşdim. Çoxu elə bilir söz göydən yağır, O, şair qəlbinin gövhər barıdır. Hər kəlmə min batman yükdən də ağır, Yaza bilənlərin dövlət-varıdır. Yaza bilərdimmi bir kəlmə sözü, Sənin hökmün ilə dastan yazılır. Ələkdən keçirib yazıram düzü, Yazdığım şeirlər xeyrə yozulur. Dəftərim, qələmim könül sirdaşım, Ən şirin sözlərim sənin sözündür. Qurduğum xəyallar ürək yoldaşım, Başımın üstündə sənin gözündür. Həmişə Haqq deyib, Haqq söyləmişəm, Haqqa söykənmişəm yazanda yazı. Əməlim düz olub, düz eyləmişəm, Tək sənə etmişəm mən ərki-nazı. Sənsən sığınacaq bir pənah yerim, Üzümü mən sənə tutmuşam Allah. İstəsən canımı, minnətsiz verim, Dünyanın zövqünü atmışam Allah. Aldığım hər nəfəs sənin payındır, Bir şair ömrünü sən verdin mənə. İçimdə vəlvələ sənin hayındır, Səndən diləyəcəm hər sözü yenə! |
Canı gönülden kutluyorum sizi ve güzel şiirinizi...
...........................................Selam ve saygılarla..