FƏLAKƏT OLUR
Dünya nə gözəldi sevənin olsa,
Sevgilər öləndə fəlakət olur. Gerçəkdən sevənlər xoşbəxt olacaq, Saxtanı biləndə fəlakət olur. Heç kəsin qisməti olmasın boyat, Gördün bəxtin yatdı, elə sən də yat. Sevincdən ağlamaq həyatdır, həyat, Dərd ilə güləndə fəlakət olur. Tanrı yaxşı yaza ruzi əzəldə, Əflatun, qalmaya heç bir göz əldə. Adamın işini Allah düzəldə, Yığval tərs gələndə fəlakət olur. |