DAĞLARI
Yenə gül-çiçəklə yaman bəzənib,
Könlüm istər çıxa, gəzə dağları. Qüdrət qələmindən min naxış alıb, Gəlməsin nəzərə, gözə dağları. Cənnətə çevrilib yamacı, yalı, Möcüzə yaradır cürbəcür halı. Müşk-ənbər qoxulu, gözəl havalı, İki göz istəyir süzə dağları. Gözəldir vətənin aranı, dağı, Hər yaşıl çəməni, bostanı, bağı. İstərəm olmasın yağı tapdağı, Tanrı çox görməsin bizə dağları. Gözlərim rənglərə saf boyananda, İlham cuşə gəlib, təb oyananda, Belə gözəlliyi hər duyan anda, Əflatun vəsf edə təzə dağları. |
"DAĞLARI" isimli şiirinizi haz alarak okudum ve beğendim...
...........................................Selam ve saygılarla..