GƏLİN HÖRMƏT QOYAQ BİZ İNSANLARA
Elə bir dövrdə yaşayırıq ki,
İnsanlıq adına qiymət qoyulmur. Ac-susuz dolanır bu yazıq millət, Yekəpər harının gözü oyulmur. Küçə itlərinə siyahı tutur, Qardaşı küçədə dilənən məmur. Gündə neçə dəfə günaha batır, Ona deyən yoxdur; kişi, dayan, dur! Bir qara köpəkcən hörməti yoxdur Bu xalqın aşağı təbəqəsinin. Vecinə gələrmi? Mədəsi toxdur Vəhşiyə bənzəyən heyvan kəslərin. Ayı təlim görür heyvanxanada, Milyonlar xərclənir bu gün adına. Kasıbın, fağırın canı yana da, Yetənmi tapılar onun dadına? Belədir bu günün həqiqətləri, İçimi yandırır bu saysız kədər. Dünyada özümü biləndən bəri, Gördüm əziyyəti, zülmü nə qədər. İnsan şah əsəri bu təbiətin, Heç kim qul olmasın dövlətə-vara. Sayğısız davranmaq olduqca çətin, Gəlin hörmət qoyaq biz insanlara. Əlbət, hər ömürün bir sonu vardır, Heç kimsə əbədi qalası deyil. Axırda yerimiz bir dar məzardır, Ey insan, Haqqa gəl, haq yola əyil! |
Dileğim Şiiriniz ve yürek sesiniz daima kutlu ve mutlu olsun...
...........................................Selam ve saygılarla..