ONA İLAHİDƏN SİR SÖYLƏYƏN VAR
Yaxşı söz gövhərdir, yoxdur əvəzi,
Hərdən yaxşı sözü burub əyən var. Ustadlar yanında nadan danışsa, Belə kəmsavadı sevib öyən var. Qaynar bulaqlara daş atmaq üçün, Ucuz şöhrət gəzib, döş atmaq üçün, Qarğanın səsini yaşatmaq üçün, Bülbülün xətrinə gəlib dəyən var. Yersiz söz bir qara qəpiyə dəyməz, Ağıllı boş yerə özünü öyməz. Əflatun hər sözə başını əyməz, Ona İlahidən sir söyləyən var. |
Anlam ve anlatımı çok güzel bir şiir, yüreğinize sağlık...
...........................................Selam ve saygılarla..