ÇƏTİNDİR
Gəlmir tərəziyə, gəlmir çəkiyə,
Çətindir, dünyanın özü çətindir. Səhər yuxusundan kefsiz duranın, Acından bozarmış üzü çətindir. Kasıblar çarəsiz bazara gedir, Qazanca getmir ki, azara gedir. Sanki diri gözlü məzara gedir, Dindirsən kəlməsi, sözü çətindir. İşi yox, aşı yox yazıq insanın, Didir, məhv eləyir özü öz canın. Əflatun, baxanda quruyur qanın, Nəmli baxışların gözü çətindir. |
ŞİİR’in huzur verdiğini öğrendik…
Şiirsiz sevgi olmaz…
...........................................Selam ve saygılarla..