QIZLAR ÇİÇƏK DƏRƏNDƏ
Yaş da baxmır heç yaşa,
Gözəlliyi görəndə. Xatirələr gəncləşir, Gözəl telin hörəndə. Dağlar təzə don geyir, Gəlin seyr edin deyir. Gözüm yamacı yeyir, Qızlar çiçək dərəndə. Qızlar elə ballanır, Gül-çiçək də hallanır. İşvəsinə allanır, Dərib yerə sərəndə. |