BU YUXUDAN BİR OYANA BİLMİRƏM ( Sabirsayağı satira )
Yaman gəlir bu yatmağım xoşuma,
Şirin-şirin röya girir duşuma, Qaibdən də xəbər sızır guşuma. Sərməsthalam, gözlərimdən silmirəm, Bu yuxudan bir oyana bilmirəm. Bir səs deyir, yat ay bala, ayılma, İrəlidə gedənlərdən sayılma, Ancaq gözlə huş apara, bayılma. Bayılsam da yox qorxusu, ölmürəm, Bu yuxudan bir oyana bilmirəm. Vəzifəli yadı görsəm atlaram, Bədənimi yüz yerindən qatlaram, Qonum-qonşu keçsə önə patlaram. Gic oluram, həsədimdən gülmürəm, Bu yuxudan bir oyana bilmirəm. Qoy getsinlər irəliyə özgələr, Biz tərpənsək üzümüzə söz gələr, Yaltaq ilə əməlimiz düz gələr. Mən beləyəm, öz kefimdən qalmıram, Bu yuxudan bir oyana bilmirəm, Tərəqqiyə heç dayana bilmirəm. |
Yüreğine emeğine sağlık usta
______________________________Selamlar