HƏQİQƏT DEYİLƏN YERDƏ
Yalançı yanıb-yaxılar,
Əyri gözə mil çaxılar. Ölümə də düz baxılar, Həqiqət deyilən yerdə. Kin-nifrəti atmaq olar, Zəhər olsa dadmaq olar. Acıları udmaq olar, Həqiqət deyilən yerdə. Hər yeri gözəllik alar, Ürəklərə fərəh dolar. Dünya da bir cənnət olar, Həqiqət deyilən yerdə. Yaxşılıqlar düşər yada, Sevinər Haqq dostları da. Allah yetər hər imdada, Həqiqət deyilən yerdə. Hər işdən hesab sorular, Şərə sillə bərk vurular. Şeytana tələ qurular, Həqiqət deyilən yerdə. |