GEDƏK BİR YERDƏ İTƏK
Söyləmə heç yerdə gəl,
Öz dərdini özün çək. Onsuz da yanan deyil, Dərdə kimsə sənin tək. Namərd duysa dad eylər, Yaxşı-yaman ad eylər. Bir közünü od eylər, Alovu ətək-ətək. Əgər eyləsən maraq, Dərd kitabım min varaq. Büküb qoltuğa vuraq, Gedək bir yerdə itək. |