MƏNİM ARZULARIM
Qışdır, tüğyan edir yenə şaxtalar,
Soyuq qılınc kimi kəsir adamı. Dağların başını tutub dümağ qar, Soba da isitmir kiçik odamı. Hərdənbir fikirə dalıram yaman, Deyirəm soyuqlar cana keçməsin. Üz tutub göylərə, dilərəm aman, Soyuqluq camını kimsə içməsin. İsti ürəklərdə məhəbbət olar, Yaz günü coşdurar insan qanını. Xoş arzu-diləklər yerini alar, Bəzəyər hər ömrün gözəl anını. Sevgilər ballanıb şirin dil açar, Günəşli günlərdən alıb ilhamı. Sevgi olan yerdən şeytan da qaçar, Ömrünü bəxtiyar yaşayar hamı. Çəkilsin bu zülmət, getsin duman-çən, Soyuqdan, şaxtadan əsər qalmasın. Arzumu beləcə deyirəm ki mən, Millətin üzünü kədər almasın. |
Canı gönülden kutluyorum sizi ve güzel şiirinizi...
Şiirsiz sevgi olmaz…
...........................................Selam ve saygılarla..