KAŞ Kİ
Hər bağban çalışıb bir bağ becərər,
O bağın gülləri solmasın kaş ki. Zəhmətin bəhrəsin görsün zəhmətkeş, Müftəxor cibinə dolmasın kaş ki. Tanrı nə veribsə, o, qismətimiz, Mərhəmət sahibi bir odur şəksiz. Hər kəsin haqqını verməliyik biz, Haqqı olmayanlar almasın kaş ki. Yazıram, qələmim hələ ki əldə, Arzum, diləyimdi çağlayan dildə. Xoş günlər yaşasın oba da, el də, Heç kimsə naümid olmasın kaş ki. Əflatun, dua et, qafili oyat, Fağırın yediyi olmasın boyat. Hamı da istəyir firavan həyat, Allah çətinliyə salmasın kaş ki. |
Anlam ve anlatımı çok güzel bir şiir, yüreğinize sağlık...
Şiirsiz sevgi olmaz…
...........................................Selam ve saygılarla..