BIR QALA
Yaxşı əməl çox savaba iz açar,
Sən ocağı Haqq yolunda bir qala. Bir qala, Dur ocağı bir qala. Arzum budur ay ellər, Yaxşılıqlar bir qala. Hörmət-izzət mərd olanın işidir, Hər ürəkdə saflıq nola bir qala. Hər aşiqin öz dilində var andı, Tale yazan həqiqətdi, var, andı. Var andı, Var qəsəmi, var andı. Qeyri yolu bilmərəm, Yolum Haqqa varandı. Haqq axtaran Haqq yolunda varandı, Rast olmasın ömür boyu bir qala. Uca olar yerindəsə söz ündən, Nə xoş olar bar verərsə sözün dən. Sözün dən, Sözün gövhər, sözün dən. Söz olarmı qiymətli, Yarın gözəl sözündən. Çəkinmərəm hər müxənnət sözündən, Əflatunun bəxti qurub bir qala. |
ŞİİR’in huzur verdiğini öğrendik…
İçtenlikle tebrik ederim…
Şiirsiz sevgi olmaz…
...........................................Selam ve saygılarla..