QANADI ( Təcnis )
Yaman düşdüm bir gözəlin cənginə,
Atdı oxun, vurdu, sinəm qanadı. Dedim, məni öldürəcək gözlərin, Deyəcəklər özü cəllad, qan adı. Kəfən üçün qurulubdur xanası, Dad əlindən, ağa ası, xan ası. Qəlbim olub onun bir qəmxanası, İsmin sordum, dedilər ki vayqan adı. Səni sevən aşiqlərin nə dərdi? Heç sordunmu nə becərdi, nə dərdi? Günü keçib, nə cavandı, nədərdi, Əflatunun bağlanıbdı qanadı. |
Beğeniyle okuduğum harika dizelerinize gönül dolusu tebrikler…
Sevgilerin kucaklaştığı şiir…
...............................................Saygı ve selamlar..