YETMƏZLİK
***
Çatarıq... yoxsa çatmarıq? Yürüdük,yeridik it qovan kimi. Havaya payızın sisi oturmuş, başımız üstündə boz tavan kimi... Topraq qaynaqlanmış dəmir qoxuyur, bir az da sürüşgən, atgetdi sanki, üfüq boz-bulanıq, elə həmənki. Quyudan gəlirtək o səslər ki var sivişib içindən sis dumanının donur qulaqlarda dilini kəsir. Gündüz də dayanmır köy xoruzları, elə banlayırlar zilini tutub. Bizim gedənlərsə ora tələsir. Otların hələ də yaşıl qaldığı, quşların Yəmənə köçmədiyi yer, salla ayağını sular sımsıcaq, kimsə çəmənlərə darğalıq etmir, topla çiçəkləri lap qucaq-qucaq... Uzaqdan görünür nöqtə o torpaq. Çatarıq... Çatmarıq...??? Axşamın şəri qovuşur. Əlini qoynuna qoyma,ay oğul... *** |
Duyguların anlatımı ve anlamı güzel şiirde...
Kutlarım...
Şiir iyiliğin anasıdır…
............................................... Saygı ve selamlar..