2
Yorum
6
Beğeni
5,0
Puan
820
Okunma

Mən durnanın qatar vaxtı,
Çırağına dəymə,könül.
Yollarımın uzağına,
İrağına dəymə,könül.
Sevəsiysə yara getsin,
Yar qoynunda dara getsin,
Burax,gedir hara getsin,
Marağına dəymə,könül.
Təqvimin an yaprağına,
Don gəlir don yaprağına,
Toxunma son yaprağına,
Varağına dəymə,könül.
Həyat baha,daranmayır,
Enir şaha,daranmayır,
Bu baş daha daranmayır,
Darağına dəymə,könül.
çıraq (durna çırağı)- turna lambası
5.0
100% (5)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.