MƏN SURAM...
***
*** Mən aşıq deyiləm,ozan deyiləm, Mən şair deyiləm,yazan deyiləm, Nə kamil,kəlamı yozan deyiləm, Mən suram,İsrafil çalacaq məni. * On iki pirani-biri mənəm,mən, Veysələm-Qərani ,piri mənəm,mən, Allahın Qur’anı-sirri mənəm,mən, Səlatam,salehlə r qılacaq məni. * Doqquzam,yeddiy əm,altıyam,üçəm , Halalam,haramam ,tövbəyəm,suçam , Həqiqəm,yalanam ,fənayam,puçam, Kərəməm,kərimlə r bulacaq məni. * Nə Şeytan,nə mələk,Allah deyiləm, Nə "mən",nə "sən",nə "biz" hərgah deyiləm, Çahiləm,çox şeydən agah deyiləm, Bulacaq çalacaq olacaq məni. * Vahidəm,vaqifəm ,və’dəm,vəsiyyə m, Əliyyən Mürtəza-haqqın səsiyəm, Seyyidəm- Nəsimi,onun kəsiyəm, "O"yam kim yadına salacaq məni. *** |