QIFILBƏND
Bir dostum var, heç ayrılmaz yanımdan,
Gizli-aşkar sirrim ona əyandı. Dili yoxdu mənə cavab verməyə, Sözlərimi hər tərəfə yayandı. Hələ insan gəlməmişdən var olub, Mənim kimi çox adama yar olub. Sakit olsam dünya ona dar olub, Ac olanda bir damcıyla doyandı. Sol yanımda, döşüm üstə yeri var, Sağ əlimdə dinc dayanmaz, oynayar. Əflatunam, onsuz günüm olar tar, Dərdlərimi sevincimlə yuyandı. |
Öz ve anlamlı, emek yoğun çalışma olmuş…
Tebrik ederim…
Şiir iyiliğin anasıdır…
............................................... Saygı ve selamlar..