AXI
Bu necə gülüşdü, bu necə baxış,
Hamını yandırıb yaxırsan axı. Elə bil göylərdən enmiş mələksən, Qəlbimi şişlərə taxırsan axı. Tabım da qalmayıb mən çəkəm nazı, Min dəfə ölürəm görəndə azı. İnsafın hardadı ay zalım qızı, Cəllad tək üzümə baxırsan axı. Bir belə ədalı gəlin, qız olmaz, Qışın ortasında belə yaz olmaz. Belə yeriş olmaz, belə naz olmaz, Su kimi hər yana axırsan axı. Səndəki alova düçar olmuşam, Qovrula-qovrula odda qalmışam. Sandım ki günəşi mən səhv salmışam, Şimşək tək başımda çaxırsan axı. Əflatunu yarı yoldan əyləmə, Məni eşq oduna salıb teyləmə. Yarandığım günə peşman eyləmə, Ömrümü gözümə soxursan axı. |
Kalemin güzellikeri yazmak istemiş ve yazmış...
Beğendim...
Şiir iyiliğin anasıdır…
............................................... Saygı ve selamlar..