QOCALDIMŞiirin hikayesini görmek için tıklayın Bir uşaqlıq dostum uzun illərin ayrılığından sonra məni görüb dedi :
- Ayə, nə yaman qocalıbsan. Ona cavabım bu şer oldu :
Bəd gələn zəmanə, insafsız fələk
Verdi illərimi yelə, qocaldım. Taleyin rəftarı, bəxtin küskünü Döndərdi yaşımı selə, qocaldım. Gözəllər vəsfini nəzmə çəkərdim, Eşqin bağçasında güllər əkərdim, Ən yaxşı sözümü şerə bükərdim, Həsrətəm bir şirin dilə, qocaldım. Nə qədər yazsam da çağlamır təbim, Örtülüb kitabım, bağlı məktəbim. Cavanlar deyir ki, köhnəlib dəbim, Bu işləri bilə-bilə qocaldım. Əflatunam, yaşım daha o deyil, İndi tənhalığa salmışam meyil. Ahıllıq dövrünə olmuşam qayil, Bu günümə gülə-gülə qocaldım. |