GƏRƏKDİ
Bir adam ki ülfət etsə birinə,
Məhəbbəti çəksin önə gərəkdi. Şeytanlıq girərsə əgər ortaya, İkisi bir olub yenə gərəkdi. İnsanlıq verilmir şöhrətə, ada, Haqqı tanıyanı görməsin qada. Bəd kəlmənin xeyri nədi dünyada, Həmişə can deyib dinə gərəkdi. Kaş ki bu sözlərim xeyrə yozula, Hər kəsin bəxtinə yaxşı yazıla. Əflatun, dostuna xoş gün arzula, Dost dediyin hər gün sənə gərəkdi. 26.09.2018. |