DÜŞƏRSƏN
Saf insana ləkə yaxmaq günahdı,
Bir gün olar özün şərə düşərsən. Cəhd elə ki yıxılanı tutasan, Demək olmaz, sən də yerə düşərsən. Lovğalanma baxıb uzun-eninə, Hər gücsüzü salma yaman gününə. Birdə gördün haradansa önünə Aslan çıxar, çəkər nərə, düşərsən. Ay Əflatun, dünya işi nə yaman, Ehtiyatı vermə əldən, ay aman. Dövran gələr tərs dolanar bir zaman, Fələk qurar bəndi-bərə, düşərsən. 24.09.2018. |