OLAR
Üzdə bir söz, dalda bir söz söyləmə,
Kişinin məqsədi, yolu bir olar. Hər duyduğu sözü ortaya tökməz, Açılmaz sinəsi, gizli sir olar. Çatsa qulağına, kəlməni yoxlar, Müxənnət, nakəsi dilindən oxlar. Kişilik adını üstündə saxlar, Həqiqət önündə sınmaz tir olar. Əflatun gizlini eyləməz aşkar, Hər şeyin öz vaxtı, öz vədəsi var. Nakişi olana cin, şeytandı yar, Kişi ürəklərdə əziz pir olar. 29.09.2018. |
Qelemin susmasın
_______________________________Salamlar