AŞIQ SƏLCUQ ŞAHBAZİYƏ
Sərçələr neyləyər şahin quşuna,
Bir tərlansan meydan içrə sən aşıq. Yükün dədə yükü, sözün gövhərdir, O taylı, bu taylı elə yaraşıq. Nəğməli ozansan, dilinə qurban, Sazında dillənən telinə qurban, Hər gün çiçəkləyən gülünə qurban, Səni bilməyənin qəlbi qarışıq. Oxu, nəğmələrin cana yayılsın, O şirin avazın məlhəm sayılsın. Səsin elə gəlsin, yatan ayılsın, Zülməti gəl eylə münəvvər işıq. Sazı anlamayan sinə dağlıdır, Əfsanə sözləri hədyan nağlıdır. Əflatunam, könlüm saza bağlıdır, Saz bizə, biz saza daim yoldaşıq. 03.09.2018. |
Qelemin susmasın
__________________________Salamlar