OLAMMARAM
Mənim öz dünyam var, öz aləmim var,
Sənin istədiyin sən olammaram. Hər kəs bu dünyanı bir cürə görür, Oğruya, əyriyə tən olammaram. Nadan elm əhlini əsla bəyənməz, Müxənnət şər sevər, düzü öyəmməz. Çox böyük loxmayam, fil də yeyəmməz, Toyuğa, cücəyə dən olammaram. Xeyirxah əməli eylədim peşə, Haramı halal tək vurmadım dişə. Əflatun aşiqdi nurlu günəşə, Zülməti andıran çən olammaram. 18.09.2018. |
Qelemin susmasın
_______________________Salamlar