OYANAM İNDİ (təcnis)
(Qoca ilə cavanın deyişməsi)
Qoca: Keçən günlərimi yaxşı keçirdim, Gərəkmi yuxudan oyanam indi? Zaman öz karvanın çəkib gedibdi, Daha mən neyləyim, oy anam, indi? Cavan: Boylan hər tərəfə, bir nəzər yetir, Səni dərdə salan oyan a, mindi. İstərdim bir canan həmdəmim olsun, Baxdım ki bu yana, o yana, mindi. Qoca: Ömrümün bağçası saraldı getdi, Tərlan oylağını sar aldı getdi. Sevinc üz döndərib, saral di, getdi, Özüm öz sinəmi oyanam indi. Cavan: Cavanlıq həvəsi məndə dərindi, Açılır üzümə yaxşı dər indi. Hər gözəl bir çiçək, deyir dər indi, "Oduma yan" deyir o, yanam indi. Qoca: Qocalıq əl verib, titrər sər, bala, Meh də vursa dözməz, can əsər, bala. Yorğanı üstümə gətir sər, bala, Buralıq deyiləm, o yanam indi. Cavan: Əflatun, sevgində dayan ha belə, Eşqin dəryasında üz daha belə. Min naz edib bu sinəmi, habelə Məhəbbət oxuyla oyan a mindi. 01-02.04.2018. |
Sevgiyi yeterli derecede anlamak hepsini yok edecektir.
.............................................................Emmet Fox.
ŞİİRİNİZİ BEĞENDİM... ............................Saygı ve selamlar..