O GÖZƏL GÖZLƏR (təcnis)
İlahi, belə də gözəl olarmı,
Elə bil nur saçır o gözəl gözlər. Baxdıqca hüsnünə könlüm açılır, Özünə bənd edir o gözəl, gözlər. Baxışı od salır sinəm üstünə, Ya manqal, ya ocaq sinəm üstü, nə? Gül bilib bülbül tək sinəm üstünə, Yaxşı sığal üçün o göz əl gözlər. Belə gözəl sevmək, oyan bax, armı? Əflatun, eşqinə o yan baxarmı? Sellərə, sulara uyub axarmı? Gözləsə hamıdan o gözəl gözlər. 29.03.2018. |