BİRİ SİNƏMDİ (təcnis)
İki gözüm tufan edir nə vaxtdı,
Birisi od tökür, birisi nəmdi. Nişangah edibdir öz oxlarına, İkisi gözlərim, biri sinəmdi. Söyləyim adını, eşit yan duran, Oduna qərq elə, tamam yandır, an. Məni bu atəşə yaxıb-yandıran, Biri öz taleyim, biri Sinəmdi. Əflatun bax sənə yarayar indi, Cismimi odun tək yara-yar indi. Gur qala ocağı yar, a yar indi, Alova bürünüb, bir isinəm di. 03.04.2018. |
Gönlünüz ve kaleminiz daima üretken olsun...
.............................................. Saygı ve Selamlar..