ŞAİR HAQQIN DƏLİSİDİŞiirin hikayesini görmek için tıklayın ( Şair dostum Hüseyn Faxralıya )
Qismətinə söz yazılıb,
Dövlətinə az yazılıb, Meyli Haqqa düz yazılıb, Şair Haqqın dəlisidi. Yazar-pozar əldə qələm, Yoldaşıdır kədər, ələm. O inciməz hələm-hələm, Şair Haqqın dəlisidi. Qələm ona yoldaş olub, Ağ kağızlar sirdaş olub, Dəlilərnən adaş olub, Şair Haqqın dəlisidi. Yükü qəmdi, gör nə çəkir, Toxunmayın hər nə çəkir, Nə çəkirsə, yernə çəkir, Şair Haqqın dəlisidi. Bülbül oxur, sar anlamaz, Şairləri kar anlamaz, Qəlbi qara ar anlamaz, Şair Haqqın dəlisidi. Doğru deyən dilim də var, Haqq sözünə " bəli"m də var. Yaxşı ki bu " dəli"m də var, Şair Haqqın dəlisidi. Əflatundu Haqqın qulu, Tutduğu yol onun yolu. " Dəli"lərdi sağı-solu, Şair Haqqın dəlisidi. 06.07.2017. |
Çok Beğendim...
Kutlarım...
........................... Saygı ve Selamlar.