HAYIFSAN
Ürək dostu tək-tək olar dünyada,
Hər yetənə sirrin açma, hayıfsan. Əgər səni əziz mehman eyləsə, Dostun təklifindən qaçma, hayıfsan. Nə zaman ki şeytanlıqdan doymazlar, Arifləri adam yernə qoymazlar, O yerdə ki sözü sözə saymazlar, Dürr kəlamın hədər saçma, hayıfsan. Bilinibdi yaxşıların olduğu, Ustadlardan nəsihətlər aldığı. Qızıldan da olsa namərd saldığı, O körpüdən heç vaxt keçmə, hayıfsan. Əflatunun sərraf gözü gördüyü Budur, sözdən alıb öyüd hördüyü. Bal da olsa sənə qıyıb verdiyi, Müxənnət əlindən içmə, hayıfsan. 05.07.2017. |
Haz alarak okudum...
Çok Beğendim...
........................... Saygı ve Selamlar.