MƏNİ MƏNLİYİMƏ QAYTAR İLAHİ!
Görünmür getdiyim bu yolun sonu,
Qarşımda sərt qışın şaxtası, donu, Dualar edirəm ədədlər sanı. Azmışam yolumu böhran içində, Məni mənliyimə qaytar İlahi! Qara zülmət olub dörd bir yanım da, Həsrət yara açıb şirin canımda, Bir od qala, alovuna yanım da. Azmışam yolumu böhran içində, Məni mənliyimə qaytar İlahi! Göstər işıq ucu, bir yana çıxım, Kəsilsin dilimdən bu naləm, axım, Bütöv millətimi bağrıma sıxım. Azmışam yolumu böhran içində, Məni mənliyimə qaytar İlahi! Düşmən qılınc vurub, yaralanmışam, Parça-parça olub paralanmışam, Doğma qardaşımdan aralanmışam. Azmışam yolumu böhran içində, Məni mənliyimə qaytar İlahi! Göndər Atillanı, göndər Babəki, Kükrəsin yağıya aslanlar təki, Versin bu millətə bir düzən-çəki. Azmışam yolumu böhran içində, Məni mənliyimə qaytar İlahi!.. 14.06.2017. |