1
Yorum
4
Beğeni
5,0
Puan
943
Okunma
Çoxdandı həsrətin qəddimi əyib,
Olmuşam sərgərdan yar, a yar, indi.
Sevən sevgisinə gərək can desin,
Etibar eyləsin yara yar indi.
Gördüm sir veribsən sən də dün yada,
Dərd başımdan aşdı qoca dünyada.
Allaha xoş getməz bu iş dünyada,
Söylə görüm nəyə yarayar indi?
Mənim sözüm biri "bey"di, biri "sin",
Yandırıbsan, alovuma bir isin.
Əflatun, neynirsən zalım birisin?
Vurubdu qəlbimə yara yar indi.
5.0
100% (3)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.