SƏNİN(gəraylı)
Belə gözəl görməmişdim,
Qız, əndamın qarmı sənin? Ləlöyünə, tamarzıya Busə payın varmı sənin? Mələkləri andırırsan, Aşiqləri qandırırsan, Alovuna yandırırsan, Qazandığın karmı sənin? Məzələnib hallanırsan, Günü-gündən ballanırsan. Sən ki belə sallanırsan, Eylədiyin armı sənin? Gözəlliyin bir nur saçıb, Ağlım gedib, huşum qaçıb. Gül yaxanın bəndin açıb, Sinəndəki narmı sənin? Əflatunam yana-yana, Döndəribsən bir məcnuna. Bəxtəfərdi doğan ana, Bu yaydığın carmı sənin? 15.06.2017. |