LEYLƏKLƏR*** Gözümü açıb belə görmüşdüm...Yanından keçib getdiyim işıq dirəklərindən birinin başında leyləklər yuva qurardı.Hər il novruzun topu atılmamış dönüb gələrdilər.Oxumaqları yox idi,sadəcə dimdiklərini şaqqıldadardılar.Bəlkə də,düz edirlər,deyə düşünərdim.Axı bu zamanda susmaq başın səlamətliyidir...quş olsan hətta... * Leylək baba,yavruların dururmu, Dimdiyini bir-birinə vururmu, Ağzın necə,çörü çöpü qırırmı... Neynəyirsən o dirəyin başında, Ruzi bulmaq zormu ahıl yaşında. * Son baharın rüzgarları əsəndə, Duman gəlib sis aranı kəsəndə, Dönəcəksən "mən dönmürəm" desən də... Qanad açıb asta-asta yellərə, Dönəcəksən yenə yaban ellərə. * Xəzanın soyuq şehi düşüncə səssiz-səmirsiz çəkilib gedərlər əcəm ellərinə...dimdiklərinə,ayaqlarına xına qoymağa.Mənim də dərdimi alıb gedərlər,sanki...Çünki,hər xəzan gələndə mən bir dərd yüngülləşirəm... * Qəmin kəm,aldırma,leylək, Yükün zor,qaldırma,leylək, Çəkəməm,öldürmə,leylək, Sənin dərdin,mənim dərdim. * Yaşadıq yalan gerçəkdən, Yaşıdıq yalan gerçəkdən, Daşıdıq yalan gerçəkdən... Sənin dərdin,mənim dərdim. * Çöplə yuva qurulurmu, Qolun-qıçın qırılırmı, Barı dərdin sorulurmu... Sənin dərdin,mənim dərdim. *** |