MƏN ONLARIN İNSAN ÜZÜYƏM*** Mən yalnız biri, dünyanın vaz keçdiyi adamam, adım təkcə toy siyahılarında, bir də bakkalın borc dəftərində keçər. Anam da elə belə, laf olsun deyə doğurmuş məni. Doğurkən heç ağlamamışam da, sadəcə gözümü açmışam,yummuşam... Kimsə görməz məni, keçər yanımdan, ayağımı basanlar əff diləməz, yoluma çıxanlar basar keçərlər. könülsüz sorarlar halımı bir köynək yaxın olanlarım, və unudarlar... Mən imkanın utandırdığı, şəxsiyyəti təkcə kimlik vəsiqəsində olan adamıyam dünyanın. Kimsədə telefon nömrəsi olmayan adamı. Gəlişimə kimsə ayağa qalxmaz... və şərəfimə içməzlər. Amma... Mən insanları sevirəm, onların varlığı məni özümə xatırladır, onların qəbahəti mənim xeyrxahlığımdır, yanlışları həqiqətim. Mən onların insan üzüyəm. *** |