Qəzəl - Məhəbbətin
Müzare bəhri
Məf’Ulü fA’ilAtü məfA’İlü fA’ilün Yoxdur ürəkdə Xaliqi – Sübhan məhəbbətin, Nəfsin şirin edib sənə dövran məhəbbətin. Sürdün gözəl həyatda ömür, oldu hər şeyin. Zahid, nədənsə olmadı iman, məhəbbətin. Allah deyəndə ağlama zır – zır yalan yerə, Eşq əhli göstərib bizə Canan məhəbbətin. Eşqin ürəkdədir yeri, xəlq içrə ağlayıb, Atmaz ayaqlar altına insan məhəbbətin. Eşq əhli göz yaşın tuta bilməz, sıxar özün, Cəhd eyləyər o etməyə pünhan məhəbbətin. Aşiq odur ki, eşqinə xəlvətdə ağlasın, Faş eyləməz bu aləmə Rəhman məhəbbətin. Ya Rəbb, Anar da eşq ilə islam üçün yazar, İnsan təfəkkürün ala Quran məhəbbətin. Müəllif: Anar Əhəd |