Yeni dünya düzeni
Yaranan hər bəşərin düşməni dünya düzeni,
Vermə imkan edə heyran səni dünya düzeni. Bu düzen bir tələdir hamı üçün, diqqət elə, İblisin fitnəsidir axirətin vaxtı gələ. Fəqirin yox yeri aləmdə qurub plan belə, Yəni sıxsın səni, sıxsın məni dünya düzeni. Yaranan hər bəşərin düşməni dünya düzeni, Vermə imkan edə heyran səni dünya düzeni. Təbliğatnan salınır təsirə insan ağılı, Ki qərarın verə birdən – birə insan ağılı. Alınır həm vurulur zəncirə insan ağılı, Düşünmə fürsəti vermir yəni dünya düzeni. Yaranan hər bəşərin düşməni dünya düzeni, Vermə imkan edə heyran səni dünya düzeni. Güc olan yerdə, fəqir güclü üçün qul sayılır, Gücü yoxdur fəqirin, nə etsə yoxsul sayılır. Nədi bəs güc? Yəni güc, güclü üçün pul sayılır, Pulun üstündə qurublar “yeni dünya düzeni”. Yaranan hər bəşərin düşməni dünya düzeni, Vermə imkan edə heyran səni dünya düzeni. Kim edib tövbəni bilsin ona zinət verilib, Belə bir zinət üçün hər kəsə fürsət verilib. Uca Allah tərəfindən sizə möhlət verilib, Eliyin Tanrı verən məskəni dünya düzeni..! Yaranan hər bəşərin düşməni dünya düzeni, Vermə imkan edə heyran səni dünya düzeni. Müəllif: Anar Əhəd |