NƏSİHƏTNAMƏ
Açıq ürəkli ol ey insan oğlu,
Xəbislik şeytanın əlamətidir. Ağlayıb-sızlamaq bir kar ki deyil, Qəlbin qəbahəti, məlamətidir. Bir könül xoşluğu, dil şirinliyi, Hikmətli kəlmədə söz dərinliyi, Ürək istiliyi, baş sərinliyi Adamın hər yerdə səlamətidir. Dağıdar ömrünü dil acılığı, İblis fitnəsidir söz haçalığı. Sadəlik hər kəsin baş ucalığı, Həyat yaşamının zəmanətidir. Yalanı, kibiri uzağa teylə, Danış həqiqəti, doğruyu söylə. Eşit nəsihəti, gəl əməl eylə, Əflatunun sənə əmanətidir. |
Ben melamet hırkasını kendim geydim eynime...
Kime ne...
Üstadım, darmadağın ediyorsunuz geçtiğiniz yerleri.
Muhteşem dizeler.