QOCALIQ
İllər heç vaxt insanları qocaltmaz,
Dərd qəddini əyəndədi qocalıq. Təravəti üz-gözündən silinməz, Sərt küləklər döyəndədi qocalıq. Xoş arzular dildə bitməz-tükənməz, Tərlan könlüm göy səmadan heç enməz. Ömrü-günü şən keçirən bil, yanmaz, Günlərini sayandadı qocalıq. Əflatunam, gileyliyəm zamandan, Bezar oldum hər vaxt ahdan-amandan. Qorxum yoxdu müxənnətdən, yamandan, Bu həyata doyandadı qocalıq. |