DAĞLARIMŞiirin hikayesini görmek için tıklayın Dostlar, mən ulu Borçalının dağ bölgəsi olan Başkeçidin Yırğançay elində doğulmuşam. Ana vətənim oradır. 1986-dan aran bölgəsi olan Marneulinin (Sarvanın) Keşəli elində yaşayıram. Bura da bizim öz vətənimizdir. Zatən, yırğançaylılar da Keşəlidən getmədilər. Hərdənbir ata-baba ocağına, ana yurduma səfərim olur. 1990-cı illərin sonu idi. Öz maşınımla Yırğançaya gedirdim. O zamanlar məşum Ermənistandan türklərin qovulmasının təsiri ilə Gürcüstanın Ermənistanla sərhəd bölgəsində yaşayan türklər də panik sonucu Azərbaycana köç edirlərdi. Tam sınırda yaşayan yırğançaylılar isə, hər cür təhdidə rəğmən, öz vətənlərini atmadılar. Ancaq, ətraf bölğələrdəki ellərin çox hissəsi boşalmışdı...
...Səfərlidən keçib, Məmişli-Hamamlı yolu ilə Boğazkəsənə çatana qədər kəndlərin (köylərin) yarısının boşalmış olduğunu görürdüm. Bunlar məndə bu hissləri yaratdı. Sağ olsun Əli Cahangir oğlunu. Bu şerimi çox yanıqlı bir səslə ifa edir.
Köç eylədi ellər, düşdü didərgin,
Boylana-boylana qaldı dağlarım. Saraldı bağçalar, soldu çiçəklər, Ağla gəlməz viran oldu dağlarım. Kəsildi dağlarda toy-düyün səsi, Pozdu hər növrağı namərd hədəsi. Aləmi çevirdi "hay"ın gədəsi, Həsrətdən bulud tək doldu dağlarım. Əflatun, fələyin belə sitəmi Gülən gözümüzə gətirdi nəmi. Ağlar qoydu şirin dilli ölkəmi, Xəzan vurmuş gül tək soldu dağlarım. |
Üreğin şad olsun usta
_____________________________________Salamlar ata torpaxıma