İÇİNDƏ
Necə də yaraşır çöl-çəmən sənə,
Ətirli bir gülsən güllər içində. Gülüşün qarışır naza-qəmzəyə, Dilin də ballanır dillər içində. Gözəllik tanrıdan bir paydır sənə, Oxusam min nəğmə, az olar yenə. Qəlbim pərvazlanıb eşqinlə dinə, Havalı dolanam ellər içində. Sən ki bir ceyransan, çıxıbsan düzə, İzin ver qələmim vəsfini yaza. Əflatun otura, baxa göz-gözə, İlim də xoş gələ illər içində. |
İlhamın bol olsun
......................Selamlar